Xalq artisti Emin Ağalarov məşhur amerikalı aktyor Billi Zeynlə bir araya gəlib.

Mia.az xəbər verir ki, bu barədə Emin Ağalarovun özü açıqlama verib.

O, görüşlə bağlı foto da paylaşaraq yazıb: "Aktyor Billi Zeynlə birlikdə. Əminəm ki, siz onu “Titanik” filmindən tanıyırsınız. Birlikdə dünya musiqi sənayesinin əfsanələri Devid Foster və Klayv Devislə nahar etdik. Ümumiyyətlə, meqapeşəkar və həqiqətən də məşhur insanlarla görüş baxımından möhtəşəm səfər oldu”.