İsrailin ifrat sağçı nazirlərindən sayılan milli təhlükəsizlik naziri İtamar Ben-Qvir bu gün bir qrup şəxslə birgə Şərqi Qüdsdə müsəlmanların müqəddəs məkanı olan "Əl-Əqsa məscidi"nə basqın edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu "addım"nı yəhudilərin müqəddəs Sukkot bayramı ilə bağlı HƏMAS-ın girovluğunda əsirlərə dua edəcəyi ilə əalqələndirib.
Məlumata görə, polisin mühafizəsı altında məscidə girən nazir daha sonra jurnalistlərə açıqlama verib. O, Qəzzadakı savaşın 2 illiyinə toxunub və deyib: "İki ildən sonra qələbə bizimdir, buranın sahibiyik. Bu gün buradayam, girovlarımız üçün dua etdim...”
Tahir Şəlvəli
MİA.AZ