"Təəssüf ki, qlobal informasiya məkanında dezinformasiya sürətlə yayılır. Çağımızın ən böyük problemi feyk xəbərlərdir. Azərbaycan da son günlər Fələstinlə bağlı əsassız iddiaların hədəfidir".
Bunu Polşanın paytaxtı Varşava şəhərində keçirilən ATƏT-in İnsan Haqlarına dair Konfransında çıxış edən,Mətbuat Şurası İdarə Heyətinin üzvü və “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər deyib.
“İranın radikal dindar qanadının dəstəklədiyi xarici medianın və aktivistlərin yazdığına görə, guya Azərbaycan İsrailin yanında açıq mövqe tutub, BMT də Netanyahunu alqışlayıb və s. Bu xəbərlər rəsmi mənbələrdə təsdiqlənmir və ictimai rəyi çaşdırmaq üçün hazırlanıb”, – deyə Aqil Ələsgər bildirib.
O, Azərbaycanın Fələstinə ilk gündən insani yardım göstərən və bütün platformalarda onun yanında olan dövlətlərdən biri olduğunu qedy edərək beynəlxalq ictimaiyyətə çağırış ünvanlayıb:
– Rəsmi mənbələrə istinad, sürətli təkzib mexanizmləri yaradılmalıdır;
– Rəqəmsal platformalarda şəffaflıq və süni intellektlə yaradılan məzmunun işarələnməsi zəruridir;
– Media savadlılığının gücləndirilməsi vacibdir.
Həqiqətə söykənən məlumat mübahisəni azaldır, etimadı bərpa edir və sülh səylərini dəstəkləyir”/Yenicag.az xəbər verir ki, .