HƏMAS qruplaşması İsraillə Misirdə keçirilən danışıqların müsbət atmosferdə davam etdiyni bəyan edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə HƏMAS Siyasi Bürosunun rəhbərinin media üzrə müşaviri Tahir əl-Nunu açıqlama evrib.

O bildirib ki, İsrail nümayəndə heyəti ilə dialoqda müsbət irəliləyişlər var: "Misirin Şarm əl-Şeyx şəhərində keçirilən danışıqlarda bizim heyət lazımi məsuliyyət və konstruktiv münasibət nümayiş etdirib və anlaşamya daha istəkli olduğumuzu isbatlayb. hazırda tərəflər arasında optimist atmosfer hökm sürür”.

Açıqlamaya görə, danışıqlar bu gün bütün tərəflərin və vasitəçilərin iştirakı ilə davam edir.

Tahir Şəlvəli
MİA.AZ