İsrail Qəzzaya gedən "Azadlıq Donanması Koalisiyası"na məxsus yardım gəmisini beynəlxalq sularda "həbs edib".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, əməliyyat zamanı çəkiliş olmasın deyə hərbçilər kameraları sındırıblar..
Məlumata görə, gəmidə 3-ü türkiyəli deputat olmaqla, 26 ölkədən 96 ictimai fəal var.
"Gəmidəki hər kəs təhlükəsiz və sağdır. Ölən və yaralanan olmayıb", - deyə bu açıqlama ilə İsrail ordusu faktı təsdqiləyib.
Əlavə olunub ki, müvafiq sənədləşmələrdən sonra saxlanılanlar bir daha israilə girə bilməmək şərtiylə deport olunacaqlar.
Tahir Şəlvəli
MİA.AZ
