Türkiyədə məşhur müğənni İrem Derici saxlanılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 38 yaşlı müğənni narkotikdən istifadəni təbliğ etməkdə ittiham olunub.
O, İstanbul prokurorluğunun tələbiylə Fulyadakı evində jandarma tərəfindən aparılıb.
İstanbul Respublika Prokurorluğunda ifadəsi alınan müğənni bu gün hakim qarşısına çıxarılacaq.
Xatırladaq ki, 38 yaşlı müğənni bəstəkar Melih Kunukçu ilə ailə qurmağa hazırlaşırdı.
O və mahnıları Türkiyədə çox sevlir.
Firudin Səfərli
MİA.AZ