Fransa prezidenti Emmanuel Makron ölkədə dərinləşən siyasi böhranın qarşısını almaqda aciz qalıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, artıq müxalif düşərgə ilə yanaşı, onun komandasında vaxtilə yüksək vəzifə tutmuş nüfuzlu şəxslər də dilə gəliblər.

Məlumata görə, keçmiş komanda üzvləri onu istefaya səsləyiblər.

Məsələn, Makron iqtidarında ilk baş nazir postunu tutan Edouard Philippe prezident Makronu yaşananların qarşısını ala bilməməkdə ittiham edib və onu istefaya çağırıb. Filipp bildirib ki, 2025-ci il büdcəsi təsdiq edildikdən sonra növbədənkənar prezident seçkiləri keçirilməlidir: "Biz daha 18 ay hazırkı və günü gündən ağırlaşan böhranla davam edə bilmərik. Bu vəziyyət Fransaya çox böyük ziyan vurur"

Yeri gəlmişkən, ölkədə keçirilən sorğularda Filip mərkəzçi siyasi düşərgədə prezidentliyə ən güclü namizədlərdən biri kimi önə çıxır.

Filipin ardınca Makron iqtidarında işləmiş daha bir keçmiş baş nazir - Qabriel Attal da eyni şəkildə prezidenti erkən seçkiyə və istefaya səsləyib: "Makron artıq iqtidardan əl çəkməyi qəbullanmalıdır. Sn iki ildə beş baş naziri dəyişmək bilirsiniz nə deməkdir? Artıq başqa bir şey sınamağın, yəni prezidentin özünü dəyişməyin vaxtıdır”.

Samir MUSAYEV
MİA.AZ