Okeaniyada yerləşən Papua Yeni Qvineya adasında bu gün gücü zəlzələ olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda ABŞ Geoloji Xidməti məlumat yayıb.

Qeyd edilib ki, Papua Yeni Qvineyada baş verən zəlzələnin episentrinin Morobe əyalətinin mərkəzi Lae şəhərindən 26 kilometr qərb-cənub-qərbə təsadüf edib: "Təxminən 100 kilometr dərinlikdə baş verən 6.6 bal gücündəki zəlzələdən sonra sunami xəbərdarlığı edilib".

Zəlzələnin insan itkisinə səbəb olmadığı deyilir.

Tahir Şəlvəli
MİA.AZ