Özbəkistan Prezidenti Şuşa, Xankəndi və Ağdam şəhərlərindəki qısa müddətdə əldə edilən irəliləyişdən böyük mənunluq ifadə edib.

Mia.az xəbər verir ki, bunu Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə çıxışı zamanı bildirib.

O qeyd edib ki, Azərbaycanın Ermənistanla imzalanan Birgə Bəyannaməsi bütün Türk xalqlarının zəfəridir: "Bu tarixi sənəd iqtisadi, ticari, nəqliyyat kimi sahələrdə əməkdaşlıq imkanları təqdim edir".