Prezidentin köməkçisi Hikmət Hacıyev Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən 12-ci Zirvə toplantısı barədə paylaşım edib.
Mia.az xəbər verir ki, o, builki Zirvə toplantısının "Sülh və Təhlükəsizlik" mövzusuna həsr olunduğunu yazıb: "Bu gün təhlükəsizlik bütün ölkələr üçün əsas narahatlıq və başlıca prioritet olaraq qalır. Türk dünyası bizim ortaq ailəmizdir və qlobal güc mərkəzinə çevrilməkdədir".