Türkiyənin nüfuzlu kirminal avtoritetlərindən sayılan "köln atası" və ya "Cəhənnəm necati" ləqəbləri qorxu saçan Necati Coşkun Arabacı həbs olunub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu haqda İzmir polisindən açıqlama verilib.
Bildirilib ki, “Köln atası” və ya “Cəhənnəm Necati” kimi tanınan "Cəhənnəm Mələkləri" cinayət təşkilatının lideri Necati Coşkun Arabacı İzmirin Adnan Menderes hava limanında saxlanılıb.
Məlumatda deyilir ki,o, çirkli pulların yuyulması, hədə-qorxu ilə pul, əmlak və sair tələb etmək, narkotik və silah alveri də daxil olmaqla, çoxsaylı cinayətlərdə ittiham olunur.
Firudin Səfərli
MİA.AZ