Türkiyənin ən böyük şəhərlərindən olan Bursa quraqlıqla "boğuşur".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, şəhəri suyla təmin edən üç böyük su anbarı (göl) artıq qurumaq həddindədr.

Məlumata görə, quraqlıq səbəbindən göllərdəki suyun səviyyəsi 1 faizdən də aşağı düşərək, 0,54 faizə enib.

Meteorologiya bunun səbəbini son 6 aydakı fövqəladə quraqlıq - yəni, yağışın həddən ziyadə az yağışın olması ilə əlaqələndirib: "Artıq şəhərin Yıldırım, Nilüfer, Osmanqazi, Gürsu və Kestel rayonlarına, eləcə də Mudanyanın bəzi hissələrinə normal su verilişi dayanıb".

Bursa Su və Kanalizasiya İdarəsi yalnız Uludağ Universiteti və xəstəxanalara suyun veriləcəyini açıqlayıb: "Vəziyyət çox pisdir. Şəhərdə ənənəvi su verilişi nə zaman bərpa olunacaq, bəlli deyil. Fakt budur ki, şəhəri təmin edən 3 nəhəng su anbarında indiki rejimlə su verilişi aparsaq, cəmi 10-12 günlük su ehtiyatı qalıb..."

 Bursa Uludağ Universiteti Mühəndislik Fakültəsinin Ətraf Mühit Mühəndisliyi bölməsinin professoru Efsun Dindar böhranı iqlim dəyişikliyi, yüksək buxarlanma, artan kənd təsərrüfatı sahələrində, sənaye və məişətdə suya tələbatın artması, israfçılıq və suyun qrafiklə düzgün paylaşmamaq halları ilə bağlayıb:

"Su və Kanalzasiya İdarəsi su ehtiyatının 0.54 faiz həddində qaldığını deyir. Bildiyimə görə, Bursanın Doğancı və Nilüfer su anbarlarlında  doluluq nisbəti orta hesabla 3,84 faizdir. Lakin bəli, tezliklə  yağış yağmasa 12 günlük su ehtiyatımız var. Müqayisə üçün deyim ki, 10 il əvvəl bugünkü gündə su anbarlarımızda su doluluğu 60 faiz həddində olub. 10 ildə haradan haraya qədər gerilədik..."

Lamiyə Əhmədli
MİA.AZ