Rusiya prezidenti Vladimir Putin oktyabrın 6-sı axşam İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrail hökuməti məlumat yayıb.
Məlumatda deyilir ki, telefon söhbətində əsas məsələ Qəzza ilə bağlı həyata keçirilməkdə olan Trampın 20 maddəlik plan olub: "Liderlər digər məsələr, o cümlədən ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparıblar".
Kremldən də telefon danışığı haqqında qısa açıqlama yayılıb. Açıqlamada bildirilib ki, Putin Netnayhaunun diqqətinə Fələstin və fələstinlilərin hüquqlaırnı xatırladıb və problemin məlum beynəlxalq hüquqi çərçivəsində həllini dəstəklədiklərini təkrarlayıb: "İki ölkə lideri görüşdə digər regional məsələlər, xüsusilə də İranın nüvə proqramının süh yolu ilə həllinin zəruriliyi və Suriyadakə mövcud durmu da müzakirə ediblər. Rəsmi Moskva bütün bunlarla bağlı qarşı tərəfə dəqiq mövqeyini izah edib".
Açıqlamada "Dəqiq mövqe" ilə bağlı detallara toxunulmayıb.
Tahir Şəlvəli
MİA.AZ