"İsrail və HƏMAS rəsmiləri Qəzza üzrə danışıqlara başlayıb".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Misirin “Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.

Məlumatda deyilir ki, danışıqların ilk və əsas mövzusu israilli girovların dərhal azad olunması və qarşı tərəfə harada və necə təhvil verilməsidir: "Bu mövzu ətrafında danşıqlar başlayıb. Girovların azadlığı və təhvili üçün şrəait yaradılmasının detalları masadadır. Danışıqlarda Misir və Qətərin nümayəndələri vasitəçi qismində iştirak edirlər".

Məlumata görə, HƏMAS nümayəndə heyətinə Siyasi Büro üzvü Xəlil əl-Həyyan rəhbərlik edir.

Tahir Şəlvəli
MİA.AZ