Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qəbələyə gəlib.
Mia.az xəbər verir ki, Türk Dövlətləri Təşkilatının (TDT) Sammitində iştirak edəcək.
Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Qazaxıstan Prezidentini hava limanında Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və digər rəsmi şəxslər qarşılayıblar.