Son 5 ayda 9 saxta tanınma şəhadətnaməsi aşkarlanıb.
Mia.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayb.
Bildirilib ki, 2024-cü ilin aprel ayından 2025-ci ilin aprel ayına qədər Qaydaların 4.1-ci bəndinin tələblərinə uyğun olmadığı üçün kvalifikasiyasının tanınması barədə imtina qərarı verilmiş 12 nəfərin müxtəlif yollarla saxta tanınma şəhadətnaməsi əldə etmələri aşkar olunmuş və qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi qiymət verilməsi məqsədilə aidiyyəti qurumlara göndərilib: "Təəssüflə qeyd edirik ki, son 5 ay ərzində 9 belə hal aşkarlanıb. Bildiririk ki, bəzi şəxslər tərəfindən tanınma qərarlarının müxtəlif qeyri-rəsmi üsullarla dəyişdirilə biləcəyi ilə bağlı verilən vədlər həqiqətə uyğun deyil və bu cür hallara yol verilməsi qanunvericilikdə müəyyən olunmuş məsuliyyətə, o cümlədən cinayət məsuliyyətinə səbəb ola bilər. Bu baxımdan, vətəndaşlara yalnız qanunvericilikdə müəyyən olunmuş rəsmi prosedurlar çərçivəsində hərəkət etmələri tövsiyə olunur".