Türkiyədə fahişə alverinə qarşı əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, əməliyyat Adanada baş tutub.

Əməliyyatla fahişəliklə məşğul olan və onları qrup halında idarəe dən dəstə üzvləri qandallanıb.

Məlumatda deyilir ki, saxlanılan 16 şübhəlidən 14-ü haqqında həbs qətimkan tədbiri seçilib: "Saxlanılan fahişələr arasında evli cütlüklər də var. Dəstə üzvlərinə məxsus 32 milyon TL dəyərində pul və daşınar və daşınmaz əmlaklar üzərində həbs qoyulub".

Məlumatda o da deyilir ki, tutulan fahişələrin olduğu 13 müxtəlif ünvanda fahişəliyə zorla cəlb olunmuş 20 qadın isə sərbəst buraxılıblar.

Firudin Səfərli
MİA.AZ