Türkiyənin Yalova şəhərində evinin balkonundan yıxılaraq öləbn 52 yaşlı tanınmış müğənni, Güllü" ləqəbli Gül Tutun ölüm səbəbi bəlli olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, məhkəmə-tibb ekspertizası Tutun spirtli içki və ya stimullaşdırıcı maddələr qəbul edib-etmədiyini müəyyən etmək üçün götürülən nümunələrin cavablarını açıqlayıb.

Məlumata görə, müğənninin qanında 3,53 promil etanol (alkol) ve göz içi sıvısında 343 mg/dl etanol aşkarlanıb: "Onun daxili orqanlarında və mədəsində heç bir yad maddə isə aşkarlanmayıb".

Ekspertiaza hesab edir ki, müğənni spirtli içkinin təsirindən müvazinətini itirərək, yıxılıb: "Son qərarı, təbii ki, prokurorluq verəcək".

Xatırladaq ki, sentyabrın 26-da müğənni Gül Tut Yalovanın Çınarcık rayonunun Harmanlar məhəlləsində, Vəli Akı küçəsindəki yaşadığı binanın 5-ci mərtəbədəki evinin üstü örtülü teras pəncərəsindən hələ məlum olmayan səbəbdən yıxılaraq dünyasını dəyişib.

Zülfiyyə Mustafayeva
MİA.AZ