Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun vəziyyəti ağır olaraq qalır.
Mia.az xəbər verir ki, bu barədə Mərkəzi Klinik Xəstəxana məlumat yayıb.
Bildirilib ki, hazırda onun Reanimasiya və intensiv terapiya şöbəsində kompleks müalicəsi davam etdirilir.
Xatırladaq ki, Y.Muradov onkoloji xəstəlikdən əziyyət çəkir.