Sabiq səhiyyə naziri Oqtay Şirəliyev dəfn olunub.
Mia.az xəbər verir ki, mərhum nazir Yasamal qəbiristanlığında torpağa tapşırılıb.
***
Oqtay Şirəliyevin nəşi dəfn olunmaq üçün “Qurd qapısı” qəbiristanlığına aparılıb.
Mia.az Qafqazinfo-ya istiandla bildirir ki, dəfndə sabiq nazirin yaxınları və bəzi ictimai xatimlər iştirak edir.
***
Sabiq nazir Oqtay Şirəliyevlə Təzəpir məscidində vida mərasimi keçirilib.
Mia.az xəbər verir ki, mərasimdə Baş nazir Əli Əsədov, müavini Samir Şərifov, iqtisadiyyat naziri Mikayıl Cabarov və digər dövlət və hökumət rəsmiləri iştirak ediblər.
***
Ötən gün vəfat edən Azərbaycanın sabiq səhiyyə naziri Oqtay Şirəliyev Yasamalda “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.
Mia.az bildirir ki, Oqtay Şirəliyevlə Təzəpir məscidində vida mərasimi keçirilir.
Mərasimdə mərhumun yaxınları, Səhiyyə Nazirliyi, TƏBİB rəhbərliyi, dövlət və ictimai xadimlər, şəhər sakinləri iştirak edirlər.
Qeyd edək ki, O.Şirəliyev 75 yaşında Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki yaşadığı evdə dünyasını dəyişib. O, 2005-2021-ci illərdə səhiyyə naziri olub.
Allah rəhmət eləsin!