İsrailin hücum və blokadası altında qalan Qəzza zolağında aclıq hökm sürür.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi açıqlama yayıb.
Açqılamada deyilir ki, Qəzzada son 24 saatda biri uşaq olmaqla daha iki nəfər qida çatışmazlığından həyatla vidalaşıb: "Bununla da Qəzzada aclıqdan ölənlərin sayı 457-yə yüksəlib. Təəssüf ki, onların 152 nəfəri uşaqdır"
Tahir Şəlvəli
MİA.AZ