Türkiyə parlamentinin yaz sessiyasının açılışı ilə bağlı verilən rəsmi ziyafətdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müxalifət liderləri ilə görüşü böyük rezonas doğurub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, CHP-nin boykot etdiyi mərasimdə Ərdoğanın DEM Partiyasının həmsədrləri Tuncer Bakırhan və Tülay Hatimoğullarınə sağında, keçmiş Baş anzir və nazirlər olan Gələcək Partiyasının sədri Əhməd Davudoğlu ilə DEVA Partiyasının sədri Əli Babacanı isə solunda oturdub onlarla səmimi söhbətləşməsi müzakirələri qızışdırıb.
CHP sədri Özgür Özəl həmin anların onun və partiyası üçün heç bir anlam daşımadığını deyib: "Ölkənin ana müxalifət partiyası orada yoxdursa, hamı əslində, nəyin yaşandığını düşünməlidir. Hə, biz yxuq deyə, heç kəs omasın kimi bir düşüncəmiz də olmayıb. Təzyiq və hücuma məruz qalan bizik. Digər liderlərin yerinə şərh verə bilmərəm. Ancaq mövcud şəraitə görə biz iştirak etmədik"
Prezidentliyə sabiq namizəd, Məmləkət Partyasının sədri Məhərrəm İncə isə fakta daha sərt yanaşıb. O, Ərdoğanın yanında dayanan Davudoğlunun fotosunu paylaşaraq yazıb: "Bu şəkilə baxanda, mənim son seçkidə ittifaqlara etirazlarımı, üsyanımı, seçki prosesində səslərin əslində, kimə getdiyini anladığınızı düşünürəm".
Zülfiyyə Mustafayeva
MİA.AZ