Qəzzaya yardım aparan könüllülərin olduğu gəmiyə əl qoyan və içidəkiləri həbs edən İsrailə qarşı etirazlar bpyüyür.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, saxlanılan gəmidə türkiyəli fəallar da var.
Məlumata əsasən, rəsmi Ankara artıq öz vətəndaşlarının taleyindən narahat olduğu üçün bir neçə istiqamətdən diplomatik kanalları hərəkətləndirib.
Buna paralel oaraq Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanatda beynəlxalq sularda İsrail qüvvələri tərəfindən ələ keçirilən qayıqlardakı insanların taleyindən narahatlıq ifadə olunub: "Biz gəmilərdə olan vətəndaşlarımızın vəziyyətini yaxından izlənilir və gərəkli bütün addımları atırıq"
Məlumatda deyilir ki, İsraildə dini bayramlarla əlaqədar prosedurların tamamlanmasında müəyyən gecikmələr gözlənilsə də, yaxın günlərdə türklər və digər könüllülərin sərbəst buraxılacaq.
Zülfiyyə Mustafayeva
MİA.AZ