Belçika XİN İsrailin Brüsseldəki səfirini nazirliyə çağırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Belçika Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Xarici işlər naziri Maxime Prevot aralarında Belçika vətəndaşlarının da olduğu "Qlobal Sumud" Flotillasına İsrailin müdaxiləsini qanunsuzluq sayıb və bu hadisənin beynəlxalq sularda törədilməsinin yolverilməz olduğunu deyib.

Nazir səfridən bunun izahatını tələb etməklə yanaşı, saxlanılanlar arasında olan 7 belçikalının dərhal azad olunmasını tələb edib.

Samir Musayev
MİA.AZ