İsrail ordusu Qəzza zolağının müxtəlif bölgələrinə gecəyə yaxın zərbələr endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Qəzzadakı Səhiyyə Nazirliyi məlumat verib.

Məlumatda deyilir ki, İsrail ordusunun Qəzza zolağının müxtəlif yerlərinə, xüsusən də Qəzza şəhərinin şimalında köçkün fələstinlilərə, yardım gözləyənlərə sığınan çadırlara, evlərə və mülki yığıncaqlara endirdiyi zərbələr ən azı 43 nəfərin ölümünə səbəb verib.

Nazirlikdən bildirilib ki, yaralılar da var: "İsral ordusu hücum zamanı daha çox PUA-lardan istifadə edib".

Samir Musayev
MİA.AZ