Fransa Daxili İşlər Nazirliyi (DİN) həmkarlar ittifaqlarının çağırışı ilə ölkə boyu keçiriləcək 250 etiraz aksiyasında asayişi qorumaq üçün 76 min polis və jandarm cəlb etməyə qərar verib.
Bu barədə daxili işlər naziri Bruno Retayo bəyan edib.
"Bu, asayiş qüvvələrimizin ölkə boyu nümayiş və etirazları müşahidə edəcəyi üçüncü gündür. Ümumilikdə 250-yə yaxın etiraz yürüşü planlaşdırılır. Biz (18 sentyabrla müqayisədə) bir qədər az qüvvə cəlb etmişik, lakin buna baxmayaraq, onların sayı 76 min polis və jandarma çatır, təkcə Parisdə onlardan təxminən 5 min nəfər olacaq", - deyə nazir bildirib.
O qeyd edib ki, hakimiyyət bəzi aksiyaların sıralarına radikal elementlərin qoşulmasına hazırdır və asayiş qüvvələri öz fikrini zorakılıq olmadan ifadə etmək istəyən hər kəs üçün nümayişlərin dinc keçirilməsini təmin etmək niyyətindədir./Report