Ermənistan Daxili İşlər Nazirliyi (DİN) İrəvandakı məktəbdə fövqəladə hadisə barədə daxil olmuş məlumatı yoxlayır.

Bu barədə Ermənistan KİV-ləri qurumun mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, bir neçə şagirdin binanın ikinci mərtəbəsindən atılması barədə məlumat daxil olub.

Hadisə 117 nömrəli məktəbdə baş verib: təxminən 20 uşaq müəllimin onları sinifdən qovmasından sonra pəncərədən atlayıb. Şagirdlərdən biri - 14 yaşlı qız ağır xəsarətlər alıb və tibb mərkəzinə çatdırılıb. Ona lazımi yardım göstərilir. Qız əməliyyat olunacaq.