"Suyumuzun kolxoz sədri Zaur Mikayılov (Dövlət Su Ehtiyatları Agentliyinin sədri nəzərdə tutulur-Mia.az) məlllim deyir, 2040-cı ilədək hər şey "OK" (Yəni, hər şey yaxşı olacaq- red) olacaq. O vaxt Xruşşov da kommunizm vəd eləmişdi".

Mia.az xəbər verir ki, bu sözləri sosial media hesabında tanınmış jurnlaist Famil Cəfərli yazıb.

Onun bu paylaşımına başqa bir tanınmış jurnalist Elşad Məmmədli diqqətçəkən şərh verib: 

"ADSEA-da 3 rəhbər quda (su sistemindən anlayışı olmayan sədr Zaur Mikayılov, ABU-nun saxta diplomlu, meliorasiya sistemində tenderləri öz PDL şirkətinə və möhtəkirlik, dələduzluq şikayətləri üzrə barəsində faktlar rəsmiləşmiş biznes şəriklərinə ötürən aparat rəhbəri Fuad Quliyev, bütün korrupsiya əməliyyatlarını idarə edən müşavir Əsəd Şirinov) 2040-cı ilədək şübhəsiz ki, sağ qalarlar. Ya türmədə kitab yazarlar, ya da namaz qılarlar..."

Məsələyə ADSEA-nın da rəyini əlavə etməyə hazırıq.

Samir 

Mia.az