Qəzzada iki ildir İsrailə dirənən HƏMAS qruplaşması savaşın bitməsi üçün ABŞ prezidenti Trampın təklif etdiyi 20 maddəlik sülh planını rədd edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə qruplaşmanın yüksək çinli rəhbərlərindən biri İngiltərənin BBC kanalına açıqlama verib.

BBC-nin hazırladığı xəbərdə yer alan fikirə görə, HƏMAS-ın yüksək səviyyəli rəsmisi Qəzzada müharibənin dayandırılmasını və qalan 48 girovun azad edilməsini nəzərdə tutan planı qəbul etməyəcklərini deyib: "Tramp HƏMAS-a qərar vermək üçün 3-4 gün müddət tanımasının bizimçün əhəmiyyəti yoxdur. Çünki bu plan İsrailin birmənalı maraqlarına xidmət edir. Orada Fələstin xalqının maraqlarına məhəl qoyulmur. HƏMAS tərksilah və ya təslim olmayacaq. Bu tələbin nəyə xidmət etdiyni hər kəs bilir. Üstəlik, HƏMAS Qəzza zolağında hər hansı “Beynəlxalq Stabilləşdirmə Qüvvələri”nin idarəçiliyinin olmasını da qəbul etməyəcək. Bu məqamların hər ikisi Trampın planının əsas şərti olmaqla, birbaşa İsrailin maraqlarından doğur".

Tahir Şəlvəli
MİA.AZ