Türkiyənin TRT kanalının Qəzzadakı müstəqil jurnalisti Yahia Barzaq ötən gün İsrailin hücumları nəticəsində həlak olub.
Mia.az xəbər verir ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi jurnalistin həlak olması ilə bağlı TRT-yə başsağlığı verib.
Bildirilib ki, MEDİA Qəzzada peşə borcunu yerinə yetirərkən həyatını itirən jurnalist Yahia Barzaqın həlak olması ilə bağlı Türkiyə ictimaiyyətinə, TRT ailəsinə və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir.