Son aylar siyasi böhranlarla üz-üzə qalan Türkiyədə kürdlərin siyasi təşkilat mərkəzi sayılan DEM partiyasının mili barışıq missiyası çərçivəsində prezident Ərdoğanın lideri olduğu Cumhur İttifaqına daxil olacağı xəbəri yayılır.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verr ki ki, bu məsələyə DEM Partiyasının Kocaelidən deputatı Ömər Faruk Gergerlioğlu da münasibət bildirib.
O, yerli mətbbauta deyib ki, partiyası iqtidarı tez-tez tənqid edir: "Biz Cumhur İttifaqını tez-tez tənqid edirik və bunu etməyə də davam edəcəyik. Ancaq ölkənin min problemi varsa və onlardan heç olmasa birinin həlli lazımdırsa, DEM Partiyasını ona uzadılan əli havada buraxmayacaq".
Deputat ittifaqa girib-girməyəcəkləri haqda konkretləşən suala isə belə cavab verib: "İttifaqdan söhbət gedə bilməz”.
Xatırladaq ki, bu gün Türkiyə Böyük Millət Məclisinin yaz sessiyasının açılışı olacaq. CHP ölkədəki siyasi basqılara görə açılışa qatılmaqdan imtina edib.
Firudin Səfərli
MİA.AZ