“Azərbaycanda cəza siyasətinin humanistləşdirilməsi istiqamətində davamlı islahatlar həyata keçirilir. Bu işlər həm qanunvericilikdə, həm də onun tətbiqi mexanizmlərində özünü göstərir”.

Bunu baş prokuror Kamran Əliyev Avropa Şurasının Azərbaycanla bağlı hesabatına münasibət bildirərkən deyib.

“Avropa Şurasının hesabatı ilə tanışıq. Amma bəzi məsələlərlə razı deyilik. Harada ki, biz özümüz problemlər görürük, onunla bağlı da addımlar atırıq. Bu istiqamətdə tədbirlər gələcəkdə də davam edəcək”, - K.Əliyev qeyd edib.