ABŞ prezidenti Donald Tramp 20 maddəlik açıqlanan Qəzza planı ilə bağlı HƏMAS-a vaxt verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, HƏMAS-ın bu planı qəbul etməsi üün 3-4 gün vaxtının olduğunu açıq şəkildə dilə gətirib.
Tramp bildirib ki, bu müddət ərziində HƏMAS-dan təqdim etdiyi sülh planına cavab gözləyir: "3-4 gün sonra nə olacağını hamımız birgə görəcəyik. HƏMAS bunu ya qəbul edəcək, ya da qəbul etməyəcək. Qəbul etməsələr, çox acınacaqlı bir son olacaq. Mən Qəzzadakı israilli girovların dərhal azad edilməsini istəyirəm. Artıq HƏMAS ilə danışıqlara çox zaman yoxdur"
Lamiyə Əhmədli
MİA.AZ