Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) şəxsi məlumatları qanunsuz yolla ələ keçirən şəxslərə qarşı əməliyyat keçirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul, Şanlıurfa, İzmir və Kütahyada eyni vaxtda keçirilən əməliyyatlarla 3 nəfər həbs olunub: "Araşdırmalarla müəyyən olunub ki, saxlanılanlar Y.Z.H., B.K. və M.Ş. kibercinayətkarların istifadə etdiyi "sistem" yaradaraq, insanların şəxsi məlumatlarına sızırlar. Daha sonra şəbəkə üzvlərinin qanunsuz maliyyə əməliyyatlaırnın üstü açılıb".

Bundan başqa, şəbə üzvlərinin istifadəsində olan "Sowix", "Ondex" və "EmreQuery" kimi saytlar da daxil olmaqla, doqquz internet saytı bloklanıb.

Firudin Səfərli
Mia.az