"İcbari tibbi sığortanın sənədləşmə prosesi sadələşdirilməlidir".
Mia.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında deyib.
Onun sözlərinə görə, vətəndaş aidiyyəti qurumla xəstəxana arasında qalmamalıdır: "Çünki insanlar müalicəyə gedirlər və sənədləşmə prosesinin asan olması vacibdir".
Komitə sədri bildirib ki, bəzi xəstəxanaların qiyməti az qala hotel qiyməti ilə eynidir: "İcbari tibbi sığorta əməliyyatın və həkimin xərclərini qarşılayır. Amma bəzən olur ki, xəstəxanada qalmaq və əlavə digər xərclər bunu üstələyir. Hesab edirəm ki, xəstələrin xəstəxanada müalicə alma müddəti də icbari sığortada nəzərə alınmalıdır".
Komitə sədri əlavə edib ki, bir qrup xəstəliklərə pulsuz dərmanlar ayrılır. Amma bu cür xəstələr üçün hər rayonda cəmi bir aptek yaradılıb: "Elə olur ki, səhər açılandan oinsanlar növbəyə dururlar, dərmanlarını ala bilsinlər. Bu apteklərin sayının azlığı problem yaradır"*Report)