Türkiyədə FETÖ-yə qarşı növbəti əməliyyat keçirilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İzmir Respublika Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, polis və jandarma qüvvələri ilə birgə İzmir başda olmaqla, 16 ətraf şəhərlərdə birgə əməliyyat həyata keçirilib: "Əməliyyatla həbsi planlanan 42 şübhəlidən 35-nin yerləri müəyyən olunaraq saxlanılıblar. Hazırda onların prokurorluqda ifadəsi alınır".
Xəbərdə deyilir ki, FETÖ ilə əlaqəsi təsdiqlənın digər 7 nəfərin isə xaricdə olmaları müəyyən edilib: "Onların ölkəyə gətirilməsi üçün müvafiq işlərə başlanılıb".
Fərid
Mia.az