İsrailin baş naziri Benyamin Netanyahu Trampın elan etdiyi 20 maddəlik "Qəzza Planı"na uyğun olaraq ordusunun bölgədən çıxmayacaqğını, əksinə, orada qalacağını deyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu barədə ABŞ-a səfəri və prezident Donald Trampın elan etdiyi Qəzza Planı ilə bağlı videomüraciətində söz açıb.

ABŞ-a tarixi səfər etdiyini xatırladan Netanyahu bildirib ki, artıq HƏMAS və Qəzza ilə bağlı son nöqtəyə gəliblər: “HƏMAS-ın bizi təcrid etmək niyyətni qabaqaldıq, artıq biz bu terrorçuları təcrid etdik. Onlar birdəfəlik yox olacaqlar. Qəzza Planı çərçivəsində İsrail ordusu həmişə Qəzza zolağında qalacaq. HƏMAS meylillərin baş qaldırmasına, yenidən toparlanmalarına əsla izn verilməyəcək. Artıq ərəb və müsəlman dünyası da daxil olmaqla, indi bütün dünya HƏMAS-a Trampla birlikdə qoyduğumuz şərtləri qəbul etməsi üçün təzyiq edir. Beləliklə, İsrail Müdafiə Qüvvələri Qəzza zolağında qalacaq. Biz ölü və diri olan bütün girovlarımızı da geri alacağıq"

Məlumata görə, canlı yayımlanan videomüraciət zamanı kamera arxasından bir nəfərin "Fələstin dövlətinin qurulmasını qəbul edəcəksiniz" - sualına Netanyahu konkret cavab verib: "Qətiyyən yox. Müqavilədə belə bir şey yoxdur. Biz Fələstin Dövlətinə qəti şəkildə qarşı olduğumuzu bildirmişik. Prezident Tramp da bu barədə anlayışını ifadə edib...."

Samir Musayev
MİA.AZ