Əməkdar artist Cabir İmanovla Şəhriyar adına Mədəniyyət Mərkəzində vida mərasimi keçirilir.

Məlumata görə, vida mərasimində dövlət rəsmiləri də iştirak edirlər.

Onların arasında xarici işlər naziri Ceyhun Bayramov, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Təhlükəsizlik Şurası katibinin müavini Mədət Quliyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Mərkəzi Bankın sədri Taleh Kazımov və digər rəsmilər var.

***

Əməkdar artist Cabir İmanovun cənazəsi Nərimanov rayonundakı Cümə məscidinə gətirilib.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, mərhum sənətkarın yaxınları cənazə namazında iştirak etmək üçün məscidin həyətinə toplaşıblar.

***

Əməkdar artist Cabir İmanovla vida mərasimi saat 13:00-da Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində keçiriləcək.

Mia.az-ın məlumatına görə, bu barədə Teleqraf-a Əməkdar artistin dostu, Xalq artisti Murad Dadaşov məlumat verib.

Qeyd edək ki, aktyor "Qurd Qapısı" qəbiristanlığında dəfn ediləcək.

Sail Ağasəlim