Qəzza Səhiyyə Nazirliyi sensasiyalı bəyanat verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bəyanatda 7 oktyabr 2023-cü ildən bəri bölgədə gedən savaş zamanı İsrailin tibb işçilərinə qarşı amansızlğına diqqət çəkilib.
Nazirlikdən bildirilib ki, İsrail hərbçiləri tərəfindən müxtəlif vaxtlarda tutularaq həbsxanalara yerləşdirilmiş 361 tibb işçisindən bu günədək xəbər yoxdur: "Onlar yoxa çıxarılıblar. İndiyədək onların sağ və ya ölü olması barədə hər hansı bir informasiyaya sahib deyilik"
Tahir Şəlvəli
MİA.AZ