Bu ilin may ayında Atatürk Mədəniyyət Mərkəzində parlamentn vitse-spikeri Sırrı Süreyya Öndərin dəfn mərasimindən çıxan CHP sədri Özgür Özəli gözlənilmədən yumruqla vuran Səlcuq Tenqioğlu bu gün azadlığıa buraxılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə 44-cü Ağır Cəza Məhkəməsində keçirilən 4-cü iclasda hakim qərar verib.
Qərarda hücum edən 12 ay həbs cəzasına məhkum olunsa da, onun hadisədən sonra saxlanılaraq həbsxanada olaması nəzərə alınıb və o, məhkəmə zalından sərbəst buraxılıb.
Cümhuriyyət Xalq Partiyasının (CHP) bu qərarı sərt eturazla qarşılayıb və "siyasi qərar" adlandırıb.
Xatırladaq ki, prokurorluq Səlcuq Tenqioğlunun ictimai yerdə vəzifəsini yerinə yetirən partiya sdrinə hücum etməklə daxili qarşıdurma yaratdığını bildirib, onun 4,5 ilə qədər həbsini tələb edirdi.
Firudin Səfərli
Mia.az