Türkiyənin məşhur aktyor Nejat İşlərə mübahisə zəminində kəllə atan İstanbulda "Beyaz TV"nin şou-maqazin verilişinin müxbiri Tarık Ekerlə hadisə barədə açıqlama verib. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, baş verən hadisəyə görə işlədiyi telekanaldan, aktyor Nejat İşlerdən, qızından və bütün ictimaiyyətdən üzr istəyib.

Jurnalist bildirib ki, hər bir jurnalist kim, o da vəzifəsini yerinə yetirməyı çalışıb:

"Hadisədən xeyli əvvəl ona çox nəzakətlə  yaxınlaşıb müsahibə istədim. Mənim xahişimlə Nejat İşler "Sən Osman Gökçekin (Beyaz TV-nin sahibi, AKP-nin Ankaradan deputatı -Mia.az) itisən? Mən o oğlanın kanalına müsahibə vermirəm" deyib, söyüş söydü. Mən də qayıtdım ki, "Nejat bəy, niyə belə danışırsınız? “Ayıbdır” desəm də, söyüş və təhqirlərini davam etdirdi...".

Jurnalist deyib ki, söyüşü davam etdirən aktyor daha sonra qızının ünvanına söyüş söyüb:

"...mən bir qız atasıyam; Uşağım haqqında dediyi sözlərə dözə bilmədim. Etdiyimin səhv olduğunu bilirəm, amma onun uşağımla bağlı dediklərindən sonra belə bir addım atdım..."

Jurnalistin açıqlamasını aşağıda olduğu kimi təqdim edirik:

Ləman

Mia.az