Nəsimi rayon ictimaiyyətinin nümayəndələri Anım Günü münasibətilə Hərbi Memorial Məzarlığı ziyarət edib.

Mia.az-ın məlumatına əsasən, Anım günündə Nəsimi rayon İcra Hakimiyyətinin, rayonun idarə, müəssisə və təşkliat rəhbərlərinin, vətən müharibəsi şəhidlərin ailə üzvlərinin, müharibə əlilləri və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə 44 günlük Vətən müharibəsini simvolizasiya edən monimental abidənin qarşısına əklil qoyulub,  Şəhidlərin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunaraq, məzarları üzərinə  gül dəstələri düzülüb.

ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!