Bu gün Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının sessiyasına qatılan İsrailin baş naziri Benyamin Netanyahu tribunada çətin vəziyyətdə qalıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, çıxış üçün tribunaya qalxarkən zal sürətlə boşalmağa başlayıb.
Məlumata və yayılan videolardann görünür ki, zalda cəmi 5-6 nəfər qalır, qalanları sırasıyla salonu tərk edirlər.
Lakin buna baxmayaraq, Benyamin Netanyahu çıxışını davam etdirib. O, Qəzza və İrana qarşı əməliyyatdan danışıb və ölkəsinin təhlükəsizliyi naminə addımlar atdıqlarını bəyan edib.
Samir MUSAYEV
MİA.AZ