Azərbaycana yeni hərbi prokuror təyin edildikdən sonra bu qurumda illərlə çalışmış yüksək vəzifəli şəxslər yola salınır və ya yeni təyinatlar həyata keçirilir.

Bir neçə gündür Hərbi Prokurorun birinci müavini, general-mayor Şəfayət İmranovun vəzifəsindən azad olunacağı ilə bağlı xəbərlər yayılıb.

Mia.az xəbər verir ki, manset.az məsələ ilə bağlı generaldan mövqe öyrənib.

Hərbi prokurorun birinci müavini suala çox əsəbi reaksiya verib: "Siz kimsiniz ki, məni yığmısınız? Vəzifəyə nə vaxt təyin olunub, nə vaxt azad olunacağımla bağlı mənə ağıl öyrətməyin. Nə deyə bilərəm, nə deyə bilmərəm özüm bilərəm. İşinizlə məşğul olun".

Xatırladaq ki, bu dəyişiiklik xəbərini il olaraq gününsesi.info saytı yazıb.

MİA.AZ