Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Moldovada keçiriləcək parlament seçkilərini müşahidə edəcək.

MSK-dan Mia.az-a verilən məlumata görə, M.Pənahov prosesi izləmək üçün Moldova MSK-nın sədri Anjelika Karamanın rəsmi dəvəti əsasında bu ölkəyə yollanıb.

Nümayəndə heyəti səsvermə gününədək parlament seçkilərinə ümumi hazırlıq prosesləri ilə tanış olacaq və seçki günü paytaxt Kişineudakı məntəqələrdə səsvermə prosedurlarını da izləyəcəklər.