Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli "Leyli və Məcnun" operası əsasında film çəkilməsini təklifni irəli sürüb.

Mia.az xəbər verir ki, o, bunu XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən "Üzeyir Hacıbəylinin irsi: Keçmişdən bu günə" adlı Beynəlxalq Forumda deyib.

Qeyd edək ki, Azərbaycanda Milli Musiqi Günü münasibətilə sentyabrın 18-dən 28-dək Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı keçirilir. Festival çərçivəsində keçirilən forum ICESCO və TÜRK Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə həyata keçirilir.