"Habertürk", "Medya TV", "Show TV", HT Spor və digər onlarla media və müxtəlif şirkətləri özündə birləşdirən "Can Holdinq"in rəhbəri Kamal Can yenidən saxlanılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən Can Holdinq vəzifəliləri haqqında "cinayət törətmək məqsədi ilə təşkilat yaratmaq, ona rəhbərlik etmək", "cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin yuyulması", fırıldaqçılıq və sair ittihamlar yenilənib.

Məlumata görə, bu səbəbdən əvvəl saxlanılan, sonra isə buraxılan holdinq rəhbəri yenidən qandallanıb: "Hazırda o, İstanbul Jandarma Komandanlığındadır, ifadəsi alınır"

Firudin Səfərli
MİA.AZ