Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan donald Trampla görüşdən sonra Türk Hava Yollarına məxsus təyyarə ilə Vaşinqtondan ayrılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ağ Evdə 2 saat 20 dəqiqə davam edən görüşdən sonra Tramp qapıda prezident Ərdoğanla bir müddət söhbət edib. 

Yeri gəlmişkən, Trampla görüşdə Ərdoğanı xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, Milli Kəşfiyyat Təşkilatının direktoru İbrahim Kalın, Prezidentin kommunikasiyalar üzrə direktoru Burhanəddin Duran, xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç müşayiət ediblər.

Görüşdən sonra Ərdoğan Ağ Evin rəsmi qonaq evi olan "Blair House"-da həyat yoldaşı Əminə Ərdoğan və əməkdaşları ilə şəkli çəkdirib. Daha sonra o, xatirə dəftərinə ürək sözünü yazıb.

Samir Musayev
MİA.AZ