İsrail işğal altındakı İordan çayının qərb sahilində yaşayan fələstinlilər üçün dünyaya yeganə qapı olan İordaniya sərhədindəki Kral Hüseyn körpüsü keçidini bu gündən qapadıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Baş nazir Netanyahu göstəriş verib.

Məlumata əsasən, ikinci əmrə qədər keçid açılmayacaq. 

Fələstin yetkliləri isə əmri Fələstinin “açıq səma altında həbsxanaya” çevrilmə cəhdi kimi dəyərləndiriblər.

Firudin Səfərli

MİA.AZ