Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 6 il aradan sonra Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşüb.

Mia.az xarici mediyaya istinadla xəbər verir ki, ABŞ lideri Ərdoğanı qapıda səmimi şəkildə qarşılayb.

Qapalı görüşdən əvvəl jurnalistlərə açıqlama verən Trampın sözlərinə görə, Ərdoğanı Ağ Evdə qəbul etmək onunçün şərəfdir: “Prezident Ərdoğan çox böyük bir ordu qurub və onu Ağ Evdə qəbul etmək şərəfdir”

ABŞ prezidenti əlavə edib ki, Ərdoğanın bölgədə çox böyük təsiri var: "Biiz bugünki görüşdə bir çox məsələləri, o cümlədən Patriot sistemi,  F-35-i müzakirə edəcəyik. Türkiyə ilə çox işimiz var. Türkiyə böyük məhsullar istehsal edir. Biz onlardan çox alırıq, onlar isə bizdən çox alırlar. Ərdoğana həm Putin, həm də Zelenski hörmət edir. Hamı Ərdoğana hörmət edir, mən də Ərdoğana. Düşünürəm ki, bu gün vacib bir açıqlama verməliyik. Hesab edirəm, Suriyadakı uğurlu döyüşdə ilk növbədə Ərdoğan məsuliyyət daşıyır. Mən ona görə Suriyaya sanksiyaları qaldırdım. Buna Ərdoğan cavabdeh idi. Bu, Türkiyənin qələbəsi idi. Təkrar edirəm, Ərdoğanın istəyi ilə sanksiyaları qaldırdım" 

Tramp əlavə edib ki, Ərdoğan öz fikri olan liderlərdəndir: "Ümumilikdə mən elə liderləri sevmirəm. Ancaq Ərdoğan başqadır, ona çox böyük hörmətytim var, o, mənim dostumdur..."

Lamiyə Əhmədli

MİA.AZ